Yanğında ölən qadının kimliyi məlum oldu - FHN-dən açıqlama


10:54     18 Fevral 2020 yangin_38673636.jpg

Bakıda evdə yanğın hadisəsi baş verib.



Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb.

Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 559