Atom bombasının yəhudi "atası": Robert Oppenheymer


11:46     18 Fevral 2020 2020/02/j-robert-oppenheimer-granger_1582012282.jpg


Ona ABŞ-da atom bombasının "atası" deyirlər. Kaliforniyanın Berkli Universitetində işləmiş, əslən yəhudi olan amerikalı fizikaçı və fizika professoru. O, Los Alamos Laboratoriyasının başçısı idi. İkinci dünya müharibəsi zamanı hazırlanan Manhetten layihəsində yaradılan atom bombasının "atası" hesab edilir. Söhbət Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atılan atom bombasının yaradıcısı Robert Oppenheymerdən gedir. "İndi mən ölümə, aləmlərin məhvedicisinə çevrilmişəm" deyən Oppenheymer həyatını nüvə silahının yayılmasına və Sovet İttifaqı ilə nüvə silahı yarışına həsr etmişdi.

Oppenheymer 22 aprel, 1904-cü ildə Nyu-Yorkda dünyaya gəlib. 1888-ci ildə Almaniyadan ABŞ-a köçmüş zəngin yəhudi tekstil idxalçısı Culius Oppenheymer və rəssam Ella Fridmanın ailəsində dünyaya göz açmışdı. Oppenheymer ilk təhsilini Alkuin Hazırlıq məktəbində alıb. 1911-ci ildə Etik Mədəniyyət Cəmiyyəti məktəbinə daxil olub. Oppenheymer ingilis və fransız ədəbiyyatı, xüsusilə də mineralogiya ilə maraqlanırdı. Bir il içində üçüncü və dördüncü sinifləri tamamladı, növbəti il artıq səkkizinci sinifdə idi. Təhsil illərinin sonunda kimya ilə maraqlanmağa başlayan Oppenheymer kimya təhsili aldı.

1924-cü ildə Oppenheymerə, Məsih kollecinə, Kembricə qəbul edildiyi barədə məlumat verildi. Orada Ernest Rezerforddan Kavendiş laboratoriyasında işləmək üçün icazə istədi. Lakin müəllimlər laboratoriyada Oppenheymerin ləngliyini gördükdə onun eksperimental nəzərinin fizika olmadığını gördü. Müəllimləri narazı qaldğı üçün Oppenheymer Kembricdən getdi. O, etiraf edir ki, müəllimi Patrik bir dəfə Blaketin stoluna zəhərli kimyəvi maddələrlə dolu alma qoymuşdu. Buna görə Oppenheymerin ailəsinə universitet idarəçiliyi tərəfindən xəbərdarlıq edilmilşdi.



Oppenheymer, həddindən artıq düşüncə və konsentrasiya dövründə çox siqaret çəkirdi. Onun yoldaşlarından bir çoxu Oppenheymerin özünü özünü məhv etdiyini düşünürdü. Parisdəki dostu Fransis Ferqussonla görüşmək üçün Kembricdəki işindən tətilə çıxdıqda Ferqusson Oppenheymerin yaxşı olmadığını görür. Onu depressiyadan çıxarmaq üçün evlənəcəyini deyir. Bu anda Oppenheymer Ferqussonu boğmağa çalışır. Artıq hər kəs onun dərin psixoloji problemləri olduğuna inandırdı. Oppenheymer qardaşına "Mənim fiziklərdən daha çox dostlara ehtiyacım var" demişdi.

1926-cı ildə o, Göttingen Universitetinə qəbul olur. Həmin dövrdə Göttingen Universiteti dünyada teorik fizikanın aparıcı mərkəzlərindən idi. Oppenheymer burada Verner Haysenberq, Paskal Cordan, Volfqan Pauli, Paul Dirak, Enriko Fermi və Eduard Teller kimi böyük uğurlar qazanmış alimlərlə dostlaşır. O, müzakirələrdə çox həvəsli olur.

Oppenheymerin fizika sahəsində nailiyyətlərə imza atmağa başlayır. Molekulyar dalğa funksiyaları üçün Born-Oppenheymer uyğunlaşması, nüvə ərintisində Oppenheymer-Filips prosesi və kvant tunelinin ilk proqnozu kimi layihələrə imza atır. Tələbələri ilə birlikdə, neytron ulduzlarının və qara dəliklərin müasir nəzəriyyəsinə, həmçinin kvant mexanikasına, kvant sahəsinin nəzəriyyəsinə və kosmik şüaların qarşılıqlı təsirlərinə də mühüm töhfələr verir. Bir müəllim və elm insanı olaraq, 1930-cu illərdə yaranmış Amerika nəzəri fizika məktəbinin qurucu atası olaraq xatırlanır. İkinci dünya müharibəsindən sonra o, Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən ətraflı öyrənmə institutunun direktoru vəzifəsinə keçir.


Oppenheymer və Albert Eynşteyn bir arada

Artıq 1940-cə illərdə dövlət Oppenheymerin güclü fizik olduğunun fərqinə varır və onu ABŞ-ın Atom Enerjisi labarotoriyasında işə cəlb edirlər. Oppenheymer burada atom bombasını yaratmağa başlayır. Əvvəlcə daha "körpə" sayılan atom bombasının ilk sınağı 16 iyul, 1945-ci ildə Meksikadakı Triniti bölgəsində sınaqdan keçirilir. Lakin bu sadəcə başlanğıc idi. Oppenheymer daha güclü və dağıdıcı bomba üzərində işləyirdi. Nəhayət onun ən böyük əsəri 1945-ci il 6 avqust tarixində Oppenheymer tərəfindən hazırlanan və bombası 13-18 kiloton trotil gücündəki “Balaca oğlan” adlı atom bombası ABŞ təyyarəsi tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılır. Bəzi mənbələrə görə, bu partlayışda 166 min insan ölür. 3 gün sonra isə 21 kiloton trotilə ekvivalent olan “Gonbul” bombası (“Bockscar”) Naqasaki şəhərinə atılır. Bu dəfəki ölü sayı 80 min olur. Bunlar İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdi. Bu hadisədən sonra Yaponiya dərhal müharibədən çəkilir.

Bundan sonra Oppenheymer ABŞ-ın Atom Enerjisi Komissiyasının nüfuzlu Baş Məsləhət Komitəsinin sədri təyin olunur. Prezident Con Kennedi ona Enriko Fermi mükafatını layiq görür. Oppenheymer 18 fevral 1962-ci ildə 57 yaşı olarkən qırtlaq xərçəngindən vəfat edir.



Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #Oppenheymer   #ABŞ   #nüvə   #tarix   #femida   #bomba   #atom  

Oxunub: 2776


Oxşar xəbərlər