“Azəriqaz”: Nöqsanlara yol verən işçilər cəzalandırılır
12:40 18 Fevral 2020
“Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərin, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-əhali qrupundan olan abonentlərin problemlərini daim diqqətdə saxlayır.
Femida.az
Qeyd edilib ki, onların üzləşdiyi çətinliklər barədə daxil olan məlumatlar dərhal araşdırılır.
Bu barədə Birliyin baş direktoru Ruslan Əliyevin xüsusi tapşırığı var: “Qaz təsərrüfatının hər bir səlahiyyətli məsul işçisi abonent məmnuniyyətinə nail olmaq üçün səylə çalışmalı, xüsusən də sahibkarlarla ünsiyyətdə səbrli davranmalı, onların problemlərinin həllinə qanununvericiliyin tələbləri gözlənilməklə yardımçı olmalıdırlar”.
Bu tapşırıqların yerlərdə (Regional qaz istismar İdarələrində (RQİİ)) icrası daim nəzarətdə saxlanılır, nöqsanlara yol verən işçilər isə cəzalandırılır. Elə bu günlərdə sahibkarlarla ünsiyyətdə yol verdiyi nöqsanlara görə Lənkəran RQİİ-nin baş mühəndisi İxtiyar Höküməli oğlu Seyfullayev fevralın 17-də Birliyin baş direktorunun əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 2019-cu ildə bu və ya digər formada vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən Birliyin 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub. Onlardan 114 nəfər Birliyin idarəetmə aparatı, 156 nəfər isə Regional Qaz İstismar İdarələrində çalışan şəxslərdir.
Bir daha “Azəriqaz” İstehsalat Birliyi abonentləri əmin edir ki, onların məmnuniyyətinin təmin olunması üçün bütün lazımi tədbirlər görüləcək. Bu istiqamətdə onları narahat edən məqamlar olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+994) 77 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazılı, səsli və ya görüntülü mesaj göndərə bilərlər.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"