Azərbaycan Albaniyaya yardım göstərəcək


13:09     18 Fevral 2020 2020/02/499918bd-6dcb-4c7a-85ce-a945cdd45caa_1582017425.jpg

Azərbaycan Albaniyanın zəlzələdən sonra bərpası üçün vəsait ayıracaq.


Femida.az xəbər verir ki, Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edən ölkələr ötən il noyabrın 26-da baş vermiş zəlzələdən sonra özünə gəlməsi üçün rəsmi Tiranaya ümumilikdə 1,15 milyard avro ianə, qrant və borc verilməsi üzrə öhdəlik götürüb.

Albaniyaya maliyyə yardımını 100-dən çox ölkə və beynəlxalq təşkilat edəcək. Ən böyük donorlar qismində 115 milyon avro ayıracaq Avropa Komissiyası, 100 milyon avro (bunun 60 milyonu kredit şəklində) ayıracaq Fransa və 70 milyon avro ayıracaq Birləşmiş Ərəb Əmirliyi çıxış edəcək.

Azərbaycan Albaniyaya 500 min avro yardım ayırmağı planlaşdırır.

Xatırladaq ki, Albaniya üçün Beynəlxalq Donorlar Konfransında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Femida.az

Açar sözlər: #Albaniya  

Oxunub: 441