Bu il Azərbaycanda bir sıra yeni iş yerləri açılacaq


13:33     18 Fevral 2020 20_02_18_1582018447.jpg


Bu il Azərbaycanda bir neçə sənaye məhəlləsinin tam fəaliyyətə başlaması gözlənilir.


Femida.az xəbər verir ki, bu barədə Azvision.az -a İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavini Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələrində aparılan tamamlanma işləri barədə məlumat verib. Bildirib ki, Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir:

"Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır".

Bundan əlavə, N. Səfərov qeyd edib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulmasına dair işlər aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 473