Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı


14:00     18 Fevral 2020 magistratura%20imtahan.jpg


Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

Femida.az

Açar sözlər: #magistiratura   #imtahan   #qəbul  

Oxunub: 545