Nazirlikdən restoran sahiblərinə xəbərdarlıq
13:49 18 Fevral 2020
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi iaşə obyektləri və şadlıq saraylarının axşam saatlarında yenə də havaya tüstü, iy-qoxu yayması ilə bağlı şikayətlər daxil olub".
Femida.az-ın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Ramal Bağırov bildirib.
Onun sözlərinə görə, nazirliyin mütəxəssisləri tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır: "Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar".
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT