Xaçmazda cinayət törədən şəxsin istintaqı başa çatdı


14:06     18 Fevral 2020 cinayet_isi_0125.jpg

Xaçmaz rayonunda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Xəyyam Sənəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim İlham Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Xaçmazın Qədmalıqışlaq kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Ağamirov Saleh Ənvər oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən Quba rayon sakini Xəyyam Sənəliyev tutulub.

X.Sənəliyevə Cinayət Məcəlləsinin 126.1-ci (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 561