Vəkillər vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək - Bu dəfə Qəbələdə


14:58     18 Fevral 2020 20_02_18_1582023632.jpg


“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Femida.az xəbər verir ki, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 22 fevral 2020-ci il tarixdə "Kredo" Vəkil Bürosu tərəfindən Qəbələ rayon Mədəniyyət Mərkəzində, saat 10:00-13:00-da Qəbələ və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #vəkil   #hüquqiyardım   #Qəbələ  

Oxunub: 970