Taksi sürücüsü 3 nəfər tərəfindən qarət edilib


15:29     18 Fevral 2020 20_02_18_1582025921.jpg

Ucarda taksi sürücüsü 3 nəfər tərəfindən qarət edilib.


Femida.az xəbər verir ki, Yevlax rayon avtovağzalında şəhər sakini Anar Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidəhməd Daşdəmirov, Mingəçevir şəhər sakini Müşviq Səmədov və İmişli rayon sakini Telman Quliyev Bakı şəhərinə gedəcəklərini bildiriblər. Daha sonra onlar Ucar rayon Qarabörk kəndi ərazisində avtomobili dayandıraraq, sürücüdən pul tələb ediblər. Yaranan münaqişə zəminində Telman Quliyev sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirib. Seyidəhməd Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb. Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər üç şəxs saxlanlıb. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 501