Daxili orqanından narkotik çıxdı
17:59 18 Fevral 2020
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin şəxsi yoxlama zamanı onun daxili orqanlarında narkotik vasitə gizlətdiyini ehtimal edilib və o, müayinə olunması üçün Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Rentgen müayinəsi zamanı vətəndaşın düz bağırsağında 2 ədəd bükümdə, qablaşdırması ilə birgə çəkisi 22 qram olan psixotrop maddə - metamfetamin, 51 ədəd üzərində "M40" yazısı olan "metadon" həbi aşkarlanıb.
Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Femida.az
Oxunub: 396
Oxşar xəbərlər
- Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SİYAHI
- Daxili Qoşunlar qış mövsümünə hazırlaşır
- Daxili işlər naziri rəis müavini təyin etdi
- Daxili Qoşunların komandanlığı Fəxri xiyaban və Şəhidlər xiyabanında olub
- Daxili İşlər Nazirliyi işçi axtarır
- Daxili Qoşunların Kəlbəcər istiqamətində şəhid olan 24 yaşlı əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan daha bir əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan əsgəri