MSK-da mübahisə: "Bura Xalq Cəbhəsinin iclası deyil"


17:49     18 Fevral 2020 msk3.jpg

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında maraqlı hal yaşanıb.


Femida.az xəbər verir ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərli ona söz verilmədən müzakirəyə müdaxilə edib.
Bu zaman MSK katibi Mikayıl Rəhimov ona irad bildirərək deyib: "Bu Xalq Cəbhəsinin iclası deyil. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir".

MSK sədri də şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib.

Qeyd edək ki, daha sonra şikayətçi ilə mübahisə yaranıb və MSK sədri Fikrət Cəfərlini iclas zalından çıxarılmasına göstəriş verib

Femida.az

Açar sözlər:

Oxunub: 612