Şamaxıda yenə zəlzələ oldu
19:02 18 Fevral 2020

Şamaxı rayonunda daha bir zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Femida.az-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bundan əvvəl fevralın 16-da Şamaxı və Lənkəran-Lerik sərhədində zəlzələ qeydə alınmışdı. RSXM-in yaydığı məlumatda bildirilib ki, hər iki təkanda dərinlik Yer səthinə yaxın olub. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometr olub.
Femida.az
Oxunub: 394
Oxşar xəbərlər
- Şamaxıda 4 nəfəri ölümlə hədələyən silahlı şəxs tutulub
- Şamaxıda zəlzələ olub
- Şamaxıda iki qonşunun evi yanıb
- Şamaxıda restoranda toy edənlər cərimələndi
- Şamaxıda zəlzələ qeydə alınıb
- Şamaxıda zəlzələ olub
- Şamaxıda 3 nəfər dəm qazından zəhərlənib
- Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb
- Şamaxıda zəlzələ olub
- Şamaxıda 9 yaşlı uşaq göldə batıb