MSK Bəxtiyar Hacıyevin şikayətinə baxdı - Qərar verildi


19:30     18 Fevral 2020 MSK23.jpg

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən qeydə alınmış namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.


Femida.az xəbər verir ki şikayət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi həmin dairənin nəticələrinin ləğv olunmasınə tələb edib: "Deputatlığa namizədliyi qeydə alınan Bəxtiyar Hacıyevin şikayətində 22 seçki məntəqəsinin nəticələrinin ləğvi tələb olunur. Şikayət ətraflı şəkildə araşdırılıb. Bəlli olub ki, ləğvi tələb olunan məntəqələrin əksəriyyətində iddia olunan pozuntular seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verir. Ancaq 1, 5, 9, 15, 17, 25 saylı məntəqələrdə pozuntuların olduğu nəzərə alaraq nəticələri ləğv olunsun və şikayətçinin müraciəti qismən təmin olunsun".

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 473