Ötən ay Azərbaycanda 200-ə yaxın minik avtomobili istehsal olunub


21:32     18 Fevral 2020 20_02_18_1582047257.jpg

2020-ci ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 milyon manatlıq məhsul istehsal edilib.

Femida.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8 faiz artıb.

Yanvar ayında 192 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 91,3 faiz, mancanaq dəzgahlarının istehsalı 2,5 dəfə artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 521