Samuxda yaşayış evinə basqın


00:12     29 Noyabr 2015 bbbbbb.jpg

Samuxda yaşayış evinə basqın olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 22-də Samux rayonunda yaşayan Azadə Məmmədovanın evinə pəncərədən girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər onun anası Bəyazın ağzını yapışqanlı lentlə bağlayaraq oradan 500 manat götürüb hadisə yerini tərk edib.

Baş Cinayət-Axtarış İdarəsi, Samux Rayon Polis Şöbəsi, Xəzər və Səbail Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Gədəbəy rayon sakini Buta Abdullayev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Əlizadə, Anar Rəhimov və Mehman Qarayev tutulublar.

Açar sözlər:

Oxunub: 1022