Bakının mərkəzində ağır qəza,yaralılar var (VİDEO)
09:36 19 Fevral 2020
Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun idarə etdiyi motosiklet "QAZel"ə çırpılıb. Motosikletin sürücüsü Q.Abdullayev və sərnişin - 26 yaşlı Heydərov İsmayıl Səfər oğlu ağır xəsarət alıb. Əraziyə cəlb olunan polislərin köməkliyi ilə yaralılar xəstəxanaya çatdırılıb. Qəza nəticəsində yük avtomobilinin benzin çəni də zədələnib, ətrafa yanacaq dağılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Oxunub: 573
Oxşar xəbərlər
- Bakının Qaradağ rayonunda qaz kəsiləcək
- Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb
- Bakının 6 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq
- Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib
- Bakının bir sıra ərazilərində su kəsiləcək