Gürcüstan-Türkiyə sərhədində azərbaycanlı qadın saxlanıldı


11:06     19 Fevral 2020 hebs_qadin_11111.jpg

Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadın saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan qadının üzərinə keçirilən baxış zamanı ondan 1702 həb və iki parça “Mdma” narkotik vasitəsi, “Preqabalin” tərkibli 490 kapsul “Lirika” psixotrop maddəsi, 72 qram “Amfetamin” və 237 qram marixuana müsadirə olunub.

Faktla bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və Gürcüstan ərazisinə daxil edilməsi maddəsi üzrə istintaq aparılır.

Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 499