Xəstəxanada ölən şəxsin pulunu oğurladılar


11:22     19 Fevral 2020 xestexana_01254.jpg

Bakı şəhəri Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.

Bu barədə Femida.az-a mərhumun yaxınları məlumat verib.

Onlar bildiriblər ki, şəkəri qalxdığı üçün xəstəxanaya gətirilən və dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin reanimasiya şöbəsində cibindən 560 manat götürülüb.

Məsələ ilə bağlı xəstəxana rəhbərliyinə və polisə məlumat verilib.


Femida.az

Açar sözlər:

Oxunub: 608