Məhkum: "Həbsxanada özümü evdəki kimi hiss edirəm" - VİDEO
11:52 19 Fevral 2020
ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1982-ci il 20 fevral doğumlu Yaşar Pirməmmədov öz həyat hekayəsini danışıb.
Pirməmmədov Yaşar – Məhkum (9 il, 6 ay): "3 övladım var. Rusiyanın Moskva şəhərində həbs edilmişəm. İşləmək üçün getmişdim, elə oldu ki, iş alınmadı, getdim soyğunçuluq etdim. 5 nəfər idik, söhbət düşdü ki, gedək belə bir iş törədək, mən də getdim. Qanunsuz kazino var idi, biz də düşündük ki, oranı soysaq bizə cəza verilməz, amma belə olmadı. Silahla daxil olduq içəri, hamısını yerə uzandırıb pulları yığıb apardıq.
Bir müddət Rusiyada həbsxanada qaldım. Orada vəziyyət çox çətin idi. Donuz əti verirdilər, heç kim yemirdi o əti. Divarlardan su axırdı, xəstəlik baş alıb gedirdi. Burada isə vəziyyət yaxşıdır, özümü evimdə kimi hiss edirəm.
Övladlarım gələndə yanıma onları tanımıram artıq. İlk dəfə qızım məni tanıdı. Onlar mənə baxır, mən onlara. Onlar məni tanımır, mən də onları. Maşallah böyüyüblər, böyük övladımın 13 yaşı, balacanın isə 10 yaşı var.
Neçə ildir uşaqlarım atasız qalıb, bu divarlar arasında illərdir peşmançılıq çəkirəm. Amma bundan asılı olmayaraq cəzamızı çəkməliyik.
Azərbaycana ekstradisiya olunana qədər 7 dənə həbsxana gördük. Hərəsində 1 həftə, 10 gün qalırdıq. 7 nəfərlik kameraya 15-20 nəfər salırdılar, işgəncə əzab verirdilər".
Oxunub: 561
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"