Türkiyədə etiraz aksiyaları keçirilib


00:58     29 Noyabr 2015 etiraz%20aks.jpg

Türkiyədə polis etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.


Femida.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu gün polis və PKK terrorçuları arasında baş vermiş atışma zamanı Diyarbəkir Vəkillər Assosiasiyasının sədri Tahir Elçinin ölümü barədə məlumat yayıldıqdan sonra İstanbulun Taksim meydanında iki min nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib. Məlumata görə, polis etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək kİ, Türkiyənin Diyarbəkir vilayətində terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən atışma zamanı vilayətin Vəkillər Kollegiyasının (VK) sədri öldürülüb.

APA-nın yerli KİV-ə istinadən xəbərinə görə, hadisə terrorçuların hücumuna məruz qalan qrupun mətbuat konfransı keçirdiyi zaman baş verib. Həmin qrupun içərisində olan və mətbuata açıqlama verən VK sədri Tahir Elçi güllə yarası alıb. Terrorçular onu başından vurublar.

Xəstəxanaya çatdırılan T. Elçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, atışma zamanı “Anadolu” və “DHA” xəbər agentliklərinin müxbirləri və polis əməkdaşları daxil olmaqla bir neçə nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 1006