Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi olacaq
12:17 19 Fevral 2020
Gəncədə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Akif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Məhəmməd Bağırovun icraatında olan iş üzrə hazırlıq iclası bu il martın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Gəncə şəhərində, "Depo" adlanan ərazidə baş verib. Belə ki, ev tikintisi zamanı 1952-ci il təvəllüdlü Akif İsrəfil oğlu Hüseynovla 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov arasında torpaq üstündə mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib. 67 yaşlı A.Hüseynov gənc oğlanın onu vurmasından hiddətlənib və evə gedərək qoşalülə tüfəngini götürüb.
O, geri qayıdaraq Zeynalabdini güllələyib. 29 yaşlı Z.Kərimov hadisə yerində ölüb.
Femida.az
Oxunub: 519
Oxşar xəbərlər
- Qonşusunun evindən oğurluq edən saxlanıldı
- Qonşusunu başından bıçaqladı
- Qonşusunun üzərindən at arabası ilə keçib onu öldürdü - TƏFƏRRÜAT
- Qonşusunu su xəttinə görə daşla yaraladı
- Qonşusunu bıçaqlayıb qaçdı
- Qonşusunun evini yardı
- Qonşusunun evini yaran şəxs tutuldu
- Qonşusunun itini öldürən kişi saxlanıldı -Azərbaycanda
- Qonşusunu bıçaqlayana YÜNGÜL CƏZA
- Qonşusunun 37 minini oğurlayıb, özünə maşın aldı - Təfərrüat