Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb


13:24     19 Fevral 2020 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzi ali, ümumi və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtını açıqlayıb.

Mərkəzdən Femida.az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün (I – V qruplar) ərizə qəbulu martın 16-dan aprelin 14-dək aparılacaq.

11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasından isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 256