Məhkəmə tikinti şirkətinə məxsus mənzillərin hərraca çıxarılması ilə bağlı qərar verdi


14:15     19 Fevral 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı Kommersiya Məhkəməsində Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Park City” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair şikayətinə baxılıb.


Femida.az məlumatına görə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin 12 sentyabr 2019-cu il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 480.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş edib.

İddiaçı tələbini onunla əsaslandırıb ki, vergi ödəyicisi olan “Park City” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb. Bununla əlaqədar vergi orqanı tərəfindən vergi ödəyicisinin yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi tələbi ilə cavabdehə bildiriş verilib. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməyib.

İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 11.09.2019-cu il tarixli, 19952184794 nömrəli qərarı ilə “Park City” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən cavabdeh “Park City” MMC-yə məxsus tikintisi başa çatmayan yaşayış binasında yerləşən 400 kv.m. sahəsi olan, hər kv.m. 1200,0 manat dəyərində olan qeyri-yaşayış sahəsi siyahıya alınıb və bu barədə əmlakın siyahıya alınması haqqında 1 13.09.2019-cu il tarixli protokol və akt tərtib edilib.

Sonda məhkəmə verilən sübutları nəzərdən keçirərək hesab edib, iddia ərizəsi təmin edilməlidir. Bununla da şirkətə məxsus 480 min manat dəyərində mənzillərin hərraca çıxarılmasına qərar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 740