Bu seçki dairəsinin sədri komaya düşdü
14:38 19 Fevral 2020
64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov komaya düşüb.
Femida.az xəbər verir ki, “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, Ş. İmanov bir neçə ildir ki, ağır xəstəlikdən əziyyət çəkir. Onun ürəyində və böyrəyində problemlər var. Böyrəyinin biri bir müddət əvvəl əməliyyatla götürülüb. Son 3 gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib. Hazırda o, komadadır.
Həkimlər onun yaşaması üçün ümidin olmadığını bildirərək İmanovu ailəsinə təhvil veriblər. Hazırda dairə sədri Qaratəpə kəndində yerləşən evinə gətirilib.
Qeyd edək ki, 64 saylı dairədən deputatlığa lider namizəd YAP-ı təmsil edən Ramin Məmmədovdur.
Oxunub: 531
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir