Azərbaycanda yaşı 100-dən yuxarı olan 838 nəfər var
15:32 19 Fevral 2020
Hazırda Azərbaycanda yaşı 90-dan yuxarı olan təxminən 10 000 nəfər uzunömürlü var.
Femida.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.
Uzunömürlülər siyahısına daha çox qadınlar düşdüyünü deyən direktor əlavə edib ki, Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir:
"Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir. "Uzunömürlülərin sayının artıb-azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsir göstərib. Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə uzunömürlülərin sayının artdığını göstərir".
Femida.az
Oxunub: 547
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib