Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlandı
16:26 19 Fevral 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya” layihəsi hazırlayıb.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, layihədə strategiyanın əsas məqsədi kimi sosial xidmətlərin təşkilati, iqtisadi və hüquqi mexanizmlərinin modernləşdirilməsi əsasında bu xidmətlərin kifayət qədər keyfiyyətli və ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığının artırılması, beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, ünvanlılığının təmin edilməsi qeyd olunub.
Strategiyanın əsas vəzifələri sırasına sosial xidmətin göstərilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və s. daxildir.
Ötən il nazirliyin saytında ictimai müzakirəyə təqdim edilən layihə ilə bağlı vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri alınıb. Hazırda aidiyyəti qurumların rəy və təkliflərinin də alınması və layihənin təkmilləşdirilməsi işləri aparılır.
Femida.az
Oxunub: 484
Oxşar xəbərlər
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- Sosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilib
- Sosial şəbəkələr vasitəsi ilə narkotik satan şəxs tutuldu - VİDEO
- Sosial şəbəkələrdə paylaşım edən hərbçilər işdən çıxarıldı
- Sosial yardımın məbləği artıb
- Sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün yeni qayda müəyyənləşib
- Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri həbs edilib