Mingəçevir Seçki Dairəsinin üç məntəqəsində səsvermənin nəticələri ləğv edilib


17:15     19 Fevral 2020 MSK23.jpg

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Qurbanəli Yusibov və İbrahim Salamovun şikayətinə baxılıb.



Femida.az -ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Araşdırma nəticəsində isə yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.



Bu dairə üzrə lider namizəd YAP-ın namizədi Aydın Mirzəzadədir.

Açar sözlər:

Oxunub: 556