İranda iki nəfər koronavirusdan ölüb


21:32     19 Fevral 2020 2020/01/koronovirus2_1580468432.jpg

İranda koronavirusa yoluxan iki nəfər ölüb.


Femida.az-ın məlumatına götə, Qum şəhər xəstəxanalarından birində tənəffüs problemləri ilə müalicə alan hər iki xəstənin analizləri onların koronavirusa yoluxduğunu göstərib. Hər iki xəstə həyatını itirib.

Qeyd edək ki, bu gün İran rəsmiləri ölkədə iki nəfərdə koronavirus aşkarlandığını ilk dəfə təsdiq edib.

İran Səhiyyə Nazirliyi son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunan şəxslərin olduğunu açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 587