Əsgərimizin nəşi neytral ərazidən götürüldü


10:51     20 Fevral 2020 fonsehid28.jpg

Azərbaycan Ordusunun itkin düşən hərbçisi Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb.



Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Femida.az
-a açıqlamasında bildirib ki, BQXK fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, A.Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü.


Femida.az

Açar sözlər: #Şəhid  

Oxunub: 2530