Ermənilər kütləvi davadan sonra azərbaycanlılardan üzr istədi


11:11     20 Fevral 2020 20_02_20_1582182756.jpg

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında baş verən kütləvi dava ermənilərin üzr istəməsi ilə bitib.


Femida.az "Report”a istinadən xəbər verir ki, kütləvi dava şəhərin Oçaqova-Matveyevskya rayonunda baş verib.

Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirib.

"Hazırda Rusiya hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz həm mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik”, - deyə Ş.Tağıyev bildirib.

Qeyd edək ki, Moskva şəhərində 30-a yaxın erməni azərbaycanlıların üzərinə hücum edib. Digər həmyerlilərimizin də hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib.

Açar sözlər:

Oxunub: 635