Biləsuvarda soyuq su ilə çimən gənc oğlan öldü


11:23     20 Fevral 2020 20_02_20_1582183477.jpg

Biləsuvar rayon sakini pnevmoniyadan vəfat edib.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, rayonun Ağalıkənd kənd sakini, 17 yaşlı Quliyev Xalid İdrak oğlu müalicə olunduğu xəstəxanada ölüb.

Məlumata görə, mərhum bir neçə gün öncə soyuq su ilə çimib. Bunda sonra onun vəziyyəti pisləşib. O, xəstəxanada bir müddət müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 578