Vətəndaşlar ən çox bu xəstəliklər üzrə həkimə müraciət edib - SİYAHI
11:32 20 Fevral 2020
"Bu günə qədər ən çox müraciət yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub".
Femida.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb: "Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır".
Z.Əliyev qeyd edib ki, ötən ay ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb: "Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir".
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs olunub
- Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq
- Vətəndaşlardan qanunsuz saxladıqları 15 ov tüfəngi götürülüb
- Vətəndaşlar hansı halda sənədsiz evlərini satarkən vergidən azad olunacaqlar?
- Vətəndaşların kart məlumatlarını ələ keçirən saxta bank əməkdaşlarından ibarət dəstə ifşa edilib
- Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs Rusiyadan ekstradisiya olunub
- Vətəndaşların pulunu ələ keçirən şəxslərin cinayət işi məhkəməyə göndərilib
- Vətəndaşlar hansı analizləri pulsuz verə bilər? - RƏSMİ
- Vətəndaşlara 40 min manatadək ziyan vuran dəstə üzvləri saxlanılıb