Bakıda qadını vurub qaçan sürücü saxlanıldı


11:51     20 Fevral 2020 hebs_586.jpg

Bakıda yol qəzası baş verib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 19-da, saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulub və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib..

Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 268