MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı
12:17 20 Fevral 2020

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı hansı tədbirlər görəcəyini açıqlayıb.
Femida.az -ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, MSK-nın seçki qanunvericiliyini pozan subyektlər haqqında qərar vermək hüququ var:
“Hazırda hansı komissiyalarda və kimlər tərəfindən hansı qanun pozuntularına yol verilməsi araşdırılır. Onlar haqqında yekun protokol Konstitusiya Məhkəməsinə göndərilməzdən əvvəl müzakirələr aparacağıq. Pozuntulara yol verənlərin hər biri haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”, - MSK katibi əlavə edib.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub
- MSK-ya yeni sədr seçildi - Naxçıvanda
- MSK yenidən formalaşdırılacaq
- MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
- MSK Yadigar Sadıqlının şikayətini təmin etmədi
- MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib
- MSK-ın iclası başladı
- MSK 11 məntəqədə seçkinin nəticələrini ləğv etdi
- MSK-nın növbəti iclası başlayıb
- MSK şikayəti əsassız saydı