Rusiya azərbaycanlı qadını İnterpol xətti ilə axtarır


12:26     20 Fevral 2020 2020/02/1582185930363_726cOloX_1582187298.jpeg

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Femida.az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1996-cı ildə Qusar rayonunda anadan olmuş Diana Babayeva terror təşkilatına və qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

D.Babayevanın barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 752