Keçidlərdə işləməyən eskalatorların yerində pilləkən tikiləcək


13:25     20 Fevral 2020 kecid9.jpg

Bakıda Heydər Əliyev parkının yaxınlığındakı yeraltı piyada keçidinin ekskalatorlarından biri sökülür. Onun yerində pilləkən tikiləcək.


Bu barədə AzVision.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, həmin yerdəki ekskalator tez-tez sıradan çıxır: "Piyada keçidləri inşa olunarkən ekskalator qoyulursa, mütləq pilləkən hissə olmalıdır. Belə ki, ekskalatorda hər hansı bir problem yarananda, vətəndaşların qalxıb-düşməsi çətin olmasın. Ekskalator mayilliyi və pilləkən hissələrin hündürlüyü böyükdür. Ona görə də ekskalator işləməyəndə oradan istifadə etmək çətin olur. Bu ekskalatorların üstü mütləq bağlı olmalıdır ki, yağış, qar yağanda su onun içərisinə daxil olmasın. Belə olanda onun mexanizmləri sıradan çıxır. O zaman inşa olunandan bunlar nəzərə alınmayıb. Bu hissədə ekskalatorlar tez-tez xarab olur. Xeyli zamandır həmin ekskalator sıradan çıxıb və təmiri mümkün deyil. Yeni ekskalatorun alınması da çox bahadır. Bu baxımdan qərara alındı ki, pilləkən hissə qurulsun".

Həmin piyada keçidindəki digər ekskalatorları hansı aqibətin gözlədiyinə gəlincə, A.Nəcəfli bildirib ki, gələcəkdə digər ekskalatorlarda bu cür poblem olarsa, eyni addımın atılması qaçılmaz olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 560


Oxşar xəbərlər