Prezidentin Romada rəsmi qarşılanma mərasimi oldu


13:32     20 Fevral 2020 prezident1_15009052887.jpg

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.


Femida.az xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəldi. Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşıladılar.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdirdilər.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Femida.az

Açar sözlər:

Oxunub: 478