Bakıda itkin düşən şəxs oteldən tapıldı


15:12     20 Fevral 2020 2020/02/f9a6d4da-635f-4928-b624-5ecbe19f9f09_1582197206.jpg

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi təxirasalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyən olunaraq ailəsinə təhvil verilib.

Bu barədə Femida.az-a BŞBPİ-nin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, N.Əliyev paytaxda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 519