AMEA Rəyasət Heyəti Aparatında 3 şöbə birləşdirilib


15:29     20 Fevral 2020 1447939930_amea-foto_esas.jpg

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri "Sənədlərlə iş" şöbəsində birləşdirilib.

Bu barədə Femida.az-a AMEA-dan bildirilib.

Bildirilib ki, 3 şöbənin birləşdirilməsi ilə kadr potensialı da artırılıb.

"AMEA-nın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Bununla bağlı bir sıra tədbirlər keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək", - deyə qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 519