İtkin düşən şəxs oteldə tapıldı


15:35     20 Fevral 2020 20_02_20_1582198553.jpg

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.


Bu barədə Femida.az-a BŞBPİ-nin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, N.Əliyev paytaxtda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 656