Bakı metrosu dezinfeksiya ediləcək


15:37     20 Fevral 2020 2020/02/metro-dezinfeksiya_1582198825.jpg

Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.


Bunu Femida.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".

B. Məmmədov əlavə edib ki, dezinfeksiya koronavirusa qarşı profilaktik işlər çərçivəsində aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 249