“Bəziləri xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır” - MSK sədri


18:12     20 Fevral 2020 mezahir0.jpg

“Bəziləri xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır”.


Femida.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, kimin əlində nə varsa, təqdim etməlidir: “İnsanlar özləri xoşagəlməz halları təqdim etməkdə maraqlı olmalıdır. Sosial şəbəkələrdə nə varsa, biz qərar qəbul edərkən nəzərə alacağıq. Bəzi namizədlər xoşagəlməz hallarla bağlı görüntüləri sosial şəbəkələrə qoymur. Bura gələndə həmin görüntüləri təqdim etmək istəyir. Əslində həmin görüntüləri əvvəlcədən sosial şəbəkələrdə yerləşdirsələr, biz buna baxacağıq. İclas zamanı hansısa görüntünü burada təqdim edənləri qəbul etməyəcəyik. İclas zamanı ancaq əlavə material kimi protokolları qəbul edəcəyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 549