“Azəriqaz”da yeni departament yaradıldı
18:24 20 Fevral 2020
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb.
Qurumdan Femida.az-a verilən məlumata görə, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların, xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.
Qeyd etmək istərdik ki, aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bu günədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək. Özü də zaman itirmədən, vaxtında icra olunmaqla," - qurumun məlumatında qeyd edilib.
Oxunub: 644
Oxşar xəbərlər
- “Azəriqaz”da “Açıq qapı” günləri keçiriləcək
- “Azəriqaz”dan koronavirusla mübarizəyə 20 min manat
- “Azəriqaz”dan smart sayğaclarla bağlı daha bir açıqlama
- “Azəriqaz”da yeni təyinat olub
- “Azəriqaz”dan Yasamaldakı qəza ilə bağlı açıqlama
- “Azəriqaz”da kadr dəyişikliyi olub
- “Azəriqaz”dan abonentlərə XƏBƏRDARLIQ: Polisə müraciət edin!