“Görüntüləri sosial şəbəkələrdə paylaşın” - Məzahir Pənahov


19:25     20 Fevral 2020 20_02_20_1582205211.jpg


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov vətəndaşlara çağırış edib.


Femida.az xəbər verir ki, MSK sədri çağırışında “İnsanların əlində seçkilərdəki qanun pozuntuları ilə bağlı hansı görüntülər varsa, dəqiqliyindən əmindirsə, sosial şəbəkələrdə yerləşdirsin” deyə bildirib.

M. Pənahov daha sonra əlavə edib:

“Bu görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın. Sosial şəbəkələrdə də bu görüntülər paylaşılıb – deyib, təsdiq edək”.

Komissiya sədri sosial şəbəkədə 385 videogörüntünün yerləşdirildiyini diqqətə çatdırıb:

“Bunları yerləşdirin ki, bütün ölkə baxsın görsün, həqiqətən harada pozuntu olub. Videoları gizlədib, saxlayıb, müddət bitəndən sonra bizə irad tutmaq düzgün deyil. Bütün dünyanın izlədiyi görüntüləri inkar edə bilmərik. Şikayətçilər əllərindəki görüntüləri sosial şəbəkələrdə yerləşdirmirlərsə, deməli o videolarda qanun pozuntularını əks etdirən faktlar yoxdur”.

Femida.az

Açar sözlər:

Oxunub: 595


Oxşar xəbərlər