MSK 11 məntəqənin nəticələrini ləğv etdi


19:45     20 Fevral 2020 2482015485-MSK.jpg

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən daxil olan müraciətə baxılıb.


Femida.az xəbər verir ki, şikayət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçi deputatlığa qeydə alınmış namizədlər Nazim Azadoğlu və Faiq Kərimov həmin seçki dairəsinin nəticələrinin ləğvini tələb edib:

“Araşdırma zamanı müəyyən olunub ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi üçün əsaslar var. Ona görə şikayət qismən təmin olunmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər: #MSK   #seçki  

Oxunub: 555