Əlil arabası oğurlamaq istəyən şəxs ağır yaralandı


09:06     21 Fevral 2020 Tecili%20yardim%20xestexana%20190412.jpg

Bakının Suraxanı rayonunda oğurluq etmək istəyən şəxs ağır xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

Samir Cəfərov küçəsində 1995-ci il təvəllüdlü Mürsəlzadə Elşən Bayram oğlu fərdi yaşayış evinin hasarından keçərkən onun ayağı sınıb. Ev sahibi həmin şəxsi saxlayıb. Məlum olub ki, xəsarət alan şəxs fərdi yaşayış evindən əlil arabasını oğurlamaq istəyirmiş.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları gəlib. Yaralı polis nəzarəti altında 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 489