Azərbaycan Silikon Vadisində "İnnovasiyalar Evi" açıb


09:52     21 Fevral 2020


ABŞ-ın Stenford Universitetində Azərbaycanın "İnnovasiyalar Evi"nin açılış mərasimi keçirilib.

Hazırda "İnnovasiyalar Evi"ndə 4 startap fəaliyyətə başlayıb, cari ilin sonuna isə startapların sayı 12-yə çatdırılacaq.

"İnnovasiyalar Evi"nin əsas fəaliyyəti Azərbaycan startaplarına dəstək verməkdən ibarətdir. Yəni burada işini qurub, genişləndirmək istəyən startaplar "İnnovasiyalar Evi"ndən istifadə edə bilər. Hər bir yeni startap onun üçün nəzərdə tutulmuş üçaylıq akselerasiya proqramına qoşula biləcək. Onlar burada həmçinin müxtəlif "Demo day"lərdə iştirak edəcək, investorlarla görüşəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 502