Bu şəxsləri işdən çıxarmaq qadağandır - KATEQORİYA


11:10     21 Fevral 2020 2020/02/employee-employer-dismissal-myb_9869_1582269184.jpg

Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit olunub. Belə ki, istisna hallarda işəgötürən tərəfindən işçinin işdən çıxarılması qadağandır.

Femida.az-ın məlumatına görə, işdən çıxarılmasına qanunla yol verilməyən şəxslər bu kateqoriyaya aiddir:

- Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

- Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər;

- Əmək qabiliyyətini müvəqqəti itirən işçilər;

- Şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçilər;

- Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

- Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilər;

- Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Femida.az

Açar sözlər:

Oxunub: 7790