Polis küçədə qadın və azyaşlıya zor tətəbiq edilməsini araşdırıb


14:04     21 Fevral 2020 20_02_21_1582279499.jpg


Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb.


Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən Femida.az-a məlumat verilib. Bildirilib ki, həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.

Faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Xatırladaq ki, Bakıda naməlum şəxs qadın və azyaşlıya zor tətbiq etməsi barədə sosial şəbəkədə məlumat yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 611